​BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Dövlət Miqrasiya Xidmətində olub

​BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Dövlət Miqrasiya Xidmətində olub Firudin Nəbiyev qonaqlara Azərbaycanda miqrasiya prosesləri ilə bağlı məlumat verib
Daxili siyasət
9 Avqust , 2016 18:42
​BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Dövlət Miqrasiya Xidmətində olub

Bakı. 9 avqust. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Furio De Angelis ilə görüşüb.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Xidmət rəisi F.Nəbiyev qonaqlara Azərbaycanda miqrasiya prosesləri ilə bağlı mövcud vəziyyət haqqında ətraflı məlumat verib.

O, BMT QAK, eləcə də təşkilatın Azərbaycan nümayəndəliyi ilə əlaqələrin səmərəli olduğunu vurğulayıb.

Qurum tərəfində əlavə himayənin tətbiqi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlanması BMT QAK rəsmisinin diqqətinə çatdırılıb. Vətəndaşsızlıq hallarının azaldılması istiqamətində də Dövlət Miqrasiya Xidmətinin BMT QAK-la əməkdaşlıq etdiyini bildirən Firudin Nəbiyev son illər ərzində həyata keçirilən konstruktiv və kompleks tədbirlər nəticəsində ölkədə sənədsiz yaşayan şəxslərin sayının əhəmiyyətli dərəcədə azaldığını bildirib.

Furio De Angelis Dövlət Miqrasiya Xidmətində keçirilən görüşün Azərbaycan Respublikasının Xarici İşlər naziri və Baş nazirinin müavini ilə görüşdən sonra sayca 3-cü olduğunu və BMT QAK üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi