​Ombudsman Aparatının nümayəndələri bir neçə rayonun polis şöbəsinə baş çəkiblər

​Ombudsman Aparatının nümayəndələri bir neçə rayonun polis şöbəsinə baş çəkiblər Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq
Daxili siyasət
4 Noyabr , 2015 18:45
​Ombudsman Aparatının nümayəndələri bir neçə rayonun polis şöbəsinə baş çəkiblər

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Ombudsmanının Milli Preventiv Qrupunun (MPQ) üzvləri Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayon-şəhər polis şöbələrinin müvəqqəti saxlama yerlərinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müvəqqəti saxlama yerlərinin bütün kameralarına baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma, sovqat və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər, habelə saxlanılma şəraitinin təmin olunması vəziyyəti yoxlanılmış, mövcud çətinliklər yerində araşdırılıb.

Saxlanılan şəxsləri Milli Preventiv Qrupunun üzvləri fərdi qaydada qəbul edib, müraciətləri cavablandırıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub və hüquqi məsləhətlər veriliblər.

Şirvan, Hacıqabul, Beyləqan rayon-şəhər polis şöbələrinin müvəqqəti saxlama yerlərinin yenidən və müasir standartlara uyğun qurulduğu, saxlama şəraitinin təkmilləşdirildiyi müşahidə olunub.

Adı çəkilən rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa, Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına uyğun şəkildə sənədləşmədə olan çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, o cümlədən xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Son xəbərlər

Orphus sistemi