Beşinci çağırış Milli Məclisin deputatları ilk tətilə çıxıblar

Beşinci çağırış Milli Məclisin deputatları ilk tətilə çıxıblar Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvarın 15-dək məzuniyyətdə olacaqlar
Daxili siyasət
2 Yanvar , 2016 11:27
Beşinci çağırış Milli Məclisin deputatları ilk tətilə çıxıblar

Bakı. 2 yanvar. REPORT.AZ/ Ötən ilin noyabrın 1-də keçirilən parlament seçkiləri ilə formalaşdırılan beşinci çağırış Milli Məclisin deputatları ilk tətilə çıxıblar. 

“Report” xəbər verir ki, yanvarın 1-dən tətilə buraxılıblar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvarın 15-dək məzuniyyətdə olacaqlar.

Qeyd edək ki, Nizamnaməyə əsasən, tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Son xəbərlər

Orphus sistemi