Azərbaycanda bələdiyyələrə yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağan edilib

Azərbaycanda bələdiyyələrə yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağan edilib Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanununa dəyişikliyi imzalayıb
Daxili siyasət
4 Fevral , 2015 09:27
Azərbaycanda bələdiyyələrə yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağan edilib

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanununa dəyişikliyi imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək. Belə ki, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağan edilib.

Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi