​Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermənin ilkin nəticələri açıqlanıb

​Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermənin ilkin nəticələri açıqlanıb Bələdiyyə seçkilərində 37 077 namizəd iştirak edib
Daxili siyasət
24 Dekabr , 2014 01:04
​Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermənin ilkin nəticələri açıqlanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində səsvermənin ilkin nəticələri açıqlanıb.

“Report”un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında deyib ki, 118 dairədə 5015 məntəqədə seçkilər keçirilib. 

Onun sözlərinə görə, 1607 bələdiyyə üzrə keçirilən seçkilərdə ölkə üzrə 4 819 382 seçicidən 1 876 014 nəfər səsvermədə iştirak edib. M.Pənahov bildirib ki, səsvermə tam normal keçirilib:

“Gün ərzində seçkiyə kölgə sala biləcək müraciətlər daxil olmayıb. 138 müraciət daxil olub, bu da məntəqələrin yerinin dəqiqləşdirilməsi və digər məsələlərlə bağlı olub”.

O bildirib ki, 70 faizə qədər məntəqədən məlumatlar, artıq MSK-ya daxil olub. Respublika üzrə 105 seçki dairəsi üzrə 3509 seçki məntəqəsi hesabat verib. MSK-ya 3509 protokol daxil olub, sayılmış bülletenlərin sayı 1 304 937-dir. 1607 bələdiyyədən 1024 bələdiyyə üzrə 11926 bələdiyyə üzvü seçilib.

Qeyd edək ki, bələdiyyə seçkilərində 37 077 namizəd iştirak edib. Seçkiyə 8 siyasi partiya qatılıb, 30 siyasi partiyanın üzvü isə fərdi qaydada iştirak edib.

Son xəbərlər

Orphus sistemi