Bakı. 24 aprel. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov aprelin 24-də Ağdaş rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider
Qəbulda Baş Prokurorluğun məsul əməkdaşları, habelə əlaqədar tabe prokurorlar iştirak ediblər. Baş prokuror bölgədə yaşayan 20 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Məlumatda bildirilib ki, vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident