Baş nazir yay vaxtına keçidi ləğv edib

Baş nazir yay vaxtına keçidi ləğv edib Qərar Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq qəbul olunub
Daxili siyasət
17 Mart , 2016 13:30
Baş nazir yay vaxtına keçidi ləğv edib

Bakı. 17 mart. REPORT.AZ/ Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarının ləğv edilməsi barədə” qərar imzalayıb. “Report” xəbər verir ki, qərar Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq qəbul edilib.

Qərarla “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilib.

Son xəbərlər

Orphus sistemi