Bakıda QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib

Bakıda QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib Müsabiqəyə 10 istiqamət üzrə 56 mövzunun təqdim edildiyi bildirilib
Daxili siyasət
21 Dekabr , 2015 15:36
Bakıda QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası QHT-lər üçün məlumatlandırma sessiyası keçirib. Bu barədə "Report"a Şuranın mətbuat xidmətindən məlumat verilib. 

2016-cı ilin birinci qrant müsabiqəsi ilə bağlı keçirilən sessiyada Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək müsabiqəyə 10 istiqamət üzrə 56 mövzunun təqdim edildiyini bildirib. İcraçı direktor həmçinin, müsabiqənin şərt və qaydaları ilə bağlı sessiya iştirakçılarına ətraflı məlumat verib. 

F.Qurbanov QHT-ləri daha effektiv və cəmiyyət üçün aktual mövzularda layihə təklifləri ilə çıxış etməyə çağırıb. Sessiyanın sonunda QHT nümayəndələrinin sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi