Bakıda dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir

Bakıda dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir Müşavirədə Zeynal Nağdəliyev, Rüsyəm Usubov, Məzahir Pənahov və başqaları iştirak edir
Daxili siyasət
18 Avqust , 2016 11:12
Bakıda dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir

Bakı. 18 avqust. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasında sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi ilə (referendum) bağlı dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.

“Report”un xəbərinə görə, tədbir dairə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədi ilə təşkil olunub.

Müşavirədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Daxili işlər nazirinin müavini Oruc Zalov və Bakı şəhəri üzrə dairə seçki komissiyalarının sədrləri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi