Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə 3,5 milyon manat ayrılıb

Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə 3,5 milyon manat ayrılıb Prezident İlham Əliyev Sərəncam imzalayıb
Daxili siyasət
11 Noyabr , 2015 18:27
Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə 3,5 milyon manat ayrılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il 25 – 27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncamla Forumun Bakı şəhərində təşkili üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi