Milli Şuranın ​mitinqinin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar

Milli Şuranın ​mitinqinin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar Təşkilatçılar mayın 29-da saat 17:00-da BŞBPİ-də olacaqlar
Daxili siyasət
27 May , 2015 11:40
Milli Şuranın ​mitinqinin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar

Bakı. 27 may. REPORT.AZ/ Milli Şuranın mayın 30-da keçirəcəyi mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, mayın 29-da saat 17:00-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar.

O, çağırışın mayın 30-da saat 15:00-da keçiriləcək mitinqlə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, Milli Şuranın mitinqi Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçiriləcək. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi