​Bakı Apellyasiya Məhkəməsində Sülhəddin Əkbərin şikayətinə baxılıb

​Bakı Apellyasiya Məhkəməsində Sülhəddin Əkbərin şikayətinə baxılıb Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət ediləcək
Daxili siyasət
23 Dekabr , 2015 17:36
​Bakı Apellyasiya Məhkəməsində Sülhəddin Əkbərin şikayətinə baxılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Azad Demokratlar Partiyasının (AzDP) təsis qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi ilə bağlı şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən iclasda partiyanın müraciəti təmin edilməyib, Ədliyyə Nazirliyinin AzDP ilə bağlı verdiyi qərar qüvvədə saxlanılıb.

Partiyadan "Report"a bildirilib ki, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət ediləcək.

Qeyd edək ki, AzDP-nin sədri Sülhəddin Əkbərdir.

Son xəbərlər

Orphus sistemi