"Bakı 2015"-in Əməliyyat Komitəsinin əməkdaşları "Dostluq" ordeni ilə təltif edilib

"Bakı 2015"-in Əməliyyat Komitəsinin əməkdaşları "Dostluq" ordeni ilə təltif edilib 21 komitə əməkdaşına "Dostluq" ordeni verilib
Daxili siyasət
29 İyun , 2015 17:08
Bakı 2015-in Əməliyyat Komitəsinin əməkdaşları Dostluq ordeni ilə təltif edilib

Bakı. 29 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasında olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə və I Avropa Oyunlarının təşkilində səmərəli fəaliyyətlərinə görə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarının "Dostluq" ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Adrian Korkoran, Bredli Kenvorzi, Ceyms Hedli, Ceyms Makleod, Ceyn Makmenamin, Daqlas Arnot, Dayan Bernşteyn, Dimitris Papaioannou, Donna Teylor, Ketrin Uqvu, Qevin MakAlpayn, Maykl Loynd, Neil Karni, Panayotis Protopsaltis, Pirs O’Kallahan, Piter Eşvin, Pol Foster, Robert Klark, Saymon Kleq, Skot Givens, Şeron MakMaykla "Dostluq" ordeni verilib.

Son xəbərlər

Orphus sistemi