​Bahar Muradova: “Xarici donorlardan asılılığı aradan qaldırmalıyıq”

​Bahar Muradova: “Xarici donorlardan asılılığı aradan qaldırmalıyıq” "Azərbaycanın bu sahədəki təcrübəsi dünya ölkələri tərəfindən qəbul edilməlidir"
Daxili siyasət
19 Noyabr , 2014 13:11
​Bahar Muradova: “Xarici donorlardan asılılığı aradan qaldırmalıyıq”

Bakı. 19 noyabr. REPORT.AZ/ “Bu gün bölgədə və regionda münaqişələr, separatizm meyilləri, etnik, milli dini ayrı-seçkilik halları və ərazi iddiaları və digər problemlər tək bizi deyil, bütün dünya ölkələrini narahat edən məsələlərdir. Bunun da doğurduğu bir sıra problemlər var. Ədalət prinsipinin pozulması meyillərini görərək bu məsələləri diqqətə almamaq mümkün deyil”. “Report”un məlumatına görə, bunu Milli Məclisin sədrinin müavini Bahar Muradova parlamentdəki çıxışında deyib. O bildirib ki, bəzi beynəlxalq təşkilatların Azərbaycanın uğurlarını gözü götürməməyi özünü bir çox hallarda büruzə verir: “Həqiqəti aşkara çıxartmaq üçün də çoxlu mücadilə verməli oluruq. Bəzi hallarda da onlar özlərini haqlı kimi qələmə verməyə çalışırlar.

“Biz ölkə daxilində işləməkdən daha çox beynəlxalq arenaya çıxmağa cəhd göstərməliyik. Azərbaycanın bu sahədəki təcrübəsi dünya ölkələri tərəfindən qəbul edilməlidir. QHT əməkdaşlığının yeni aspektlərini müəyyənləşdirməklə azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında lazımi işlər görə bilərik. QHT-lərin beynəlxalq təşkilatlarda layihələrinin yer almasına xüsusi diqqət ayırırıq. Lakin bəzi layihələr Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur. Buna görə də Azərbaycan bu işi öz üzərinə götürməlidir. Ona görə də düşünməməliyik ki, QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan 6 milyon manat vəsait çoxdur. Əgər vəzifələri göz önünə gətirsək, o zaman məlum olur ki, 6 milyon manat həmin vəzifələri yerinə yetirməyə imkan vermir. Dövlətin media qurumlarına, siyasi partiyalara göstərdiyi diqqət bizə imkan verir ki, hökumətdən xahiş edək ki, bu istiqamətdə maliyyə vəsaitlərinin artırılmasına yenidən baxsınlar” - deyə, o bildirib.

Son xəbərlər

Orphus sistemi