Bahar Muradova: “Bizim vəzifəmiz öz düz yolumuzla getmək və sona qədər müqavimət gücümüzü göstərməkdir"

Bahar Muradova: “Bizim vəzifəmiz öz düz yolumuzla getmək və sona qədər müqavimət gücümüzü göstərməkdir" "Ritorik suallar verməkdənsə, ölkə içindəki məsələlərlə məşğul olmalıyıq"
Daxili siyasət
28 Noyabr , 2014 14:32
Bahar Muradova: “Bizim vəzifəmiz öz düz yolumuzla getmək və sona qədər müqavimət gücümüzü göstərməkdir

Bakı. 28 noyabr. REPORT.AZ/ “Hazırda millət vəkillərimiz beynəlxalq təşkilatlara haqlı suallar ünvanlayırlar. Ona görə də hesab edirəm ki, ritorik suallar verməkdənsə, ölkə içindəki məsələlərlə məşğul olmalıyıq. Çünki onsuz da onlar bu suallara cavab verə bilməyəcəklər”. “Report” xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bəzi beynəlxalq qurumlar artıq çox irəli gedirlər: “Bizim vəzifəmiz öz düz yolumuzla getmək və sona qədər müqavimət gücümüzü göstərməkdir. Bu yaxınlarda Martin Şultsun açıqlamaları olub. Nəzərimi çəkən odur ki, onların Azərbaycanda 1 nəfər də azadlıq tərəfdaşının qalmadığını hər kəs təəssüflə bildirir. Onlara demək istəyirəm ki, sizin tərəfdaşlarınız Leyla Yunus kimilərdir, ya bütövlükdə Azərbaycan? Biz tərəfdaş kimi Martin Şultsu yox, Avropa İttifaqını görürük. Onlara deyirəm ki, Azərbaycana qarşı qərəzli mövqedən əl çəksinlər. Bizdəki bəzi şəxslərin həbsi ilə bağlı manipulyasiyalara cavab olaraq isə deyirəm ki, hüquq-mühafizə orqanları və bunda aidiyyəti qurumlar öz mövqelərini bildirməlidirlər. Azərbaycanda qanunlar hər zaman üstün tutulub. Kimlərinsə mənafeləri bizi tutduğumuz mövqedən yayındırmamalıdır”.

B.Muradovaya cavab olaraq, spiker O.Əsədov deyib ki, biz görürük ki, mötəbər saydığımız təşkilatların heç birində mötəbərlik, müstəqillik yoxdur: “Biz dövlətlərarası münasibətləri inkişaf etdirməliyik. Beynəlxalq təşkilatlara gəldikdə isə onlara bel bağlamaq olmaz. Təzyiqlər bizə çox olacaq, kiçik bir bəhanədən istifadə edib Azərbaycana qarşı təzyiq göstərirlər. Milli məsələyə qulluq etməyənlər milli xəyanətkarlardır”.

Son xəbərlər

Orphus sistemi