​ADP ilə Ümid Partiyası arasında blok yaradılması ilə bağlı aparılan danışıqlar nəticəsiz qalıb

​ADP ilə Ümid Partiyası arasında blok yaradılması ilə bağlı aparılan danışıqlar nəticəsiz qalıb ADP parlament seçkilərində təkbaşına iştirak edəcək
Daxili siyasət
19 Avqust , 2015 14:41
​ADP ilə Ümid Partiyası arasında blok yaradılması ilə bağlı aparılan danışıqlar nəticəsiz qalıb

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyası arasında bu il keçiriləcək parlament seçkilərində iştirak üçün blok yaradılması ilə bağlı aparılan danışıqlar nəticəsiz qalıb. Bu barədə "Report"a ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. 

O bildirib ki, iki partiya arasında blok yaradılması və ya "Qarabağ" Blokunun seçki blokuna çevrilməsi ilə bağlı aparılan danışıqlarda razılıq əldə olunmayıb: "Ümid Partiyası seçkilərdə "125-lər" Siyasi Klubu ilə birgə iştirak edəcək. Artıq seçkidə iştirak edəcək namizədlərini də müəyyən ediblər. İşin bu cür qurulması bizim planlarımıza mənfi təsir göstərdi, çünki müəyyən dairələrdə toqquşma olacaq. Buna görə də danışıqlar nəticəsiz qaldı".

S.Cəlaloğlu qeyd edib ki, ADP parlament seçkilərində təkbaşına iştirak edəcək: "Yaxın günlərdə namizədlərin siyahısını hazırlayacağıq".

Son xəbərlər

Orphus sistemi