Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir

Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir.
Daxili siyasət
20 Aprel , 2024 19:10
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir

Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir.

Bunu "Report"un Qərb bürosuna 30 il erməni işğalından sonra Azərbaycana qaytarılan Bağanis Ayrım kəndinin 85 yaşlı sakini Zərbəli Xasayev deyib.

Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayan keçmiş neftçi ötən gündən sevinc içərisindədir, o kəndlərin geri qaytarılmasını illərlə arzulayıb.

"Ermənilərin kəndimizdə törətdiyi böyük faciədən sonra məcbur olub, 1990-cı il martın 24-də evimizdən çıxdıq. Əvvəllər bizimlə mehriban idilər, sonradan isə düşmən kəsildilər, böyük vəhşiliklər törədib, torpaqlarımızı işğal etdilər. Evlərimizi yandırdılar, əli silahsız insanları qətlə yetirdilər", - Z.Xasayev xatırlayır.

Kənd sakini hazırda orada yaşamaq üçün qayıtmağını gözləyir:

"Qazaxbəylidə bizim üçün hər bir şərait yaradılsa da, həmişə öz kəndimizdə yaşamaq istəmişəm. Cənab Prezidentimizə və Ordumuza təşəkkür edirəm. Səfalı, gözəl bulaqlı kəndimizə qayıtmaq arzusundayam. Həmişə deyirdim ki, mən kəndimizə qayıtmadan ölməyəcəyəm. Ömrümün sonuna qədər doğma kəndimdə yaşayacağam".

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi