Baba Rzayevə “Əməkdar mühəndis” fəxri adı verilib

Baba Rzayevə “Əməkdar mühəndis” fəxri adı verilib Fuad Məmmədova isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib
Daxili siyasət
9 Avqust , 2016 15:16
Baba Rzayevə “Əməkdar mühəndis” fəxri adı verilib

Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Balababa Hüseynağa oğlu Rzayevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, B.Rzayev Azərbaycanda elektroenergetika sahəsinin inkişafında xidmətlərinə görə fəxri ada layiq görülüb.

Dövlət başçısının digər sərənsamı ilə Azərbaycanda elektroenergetikanın inkişafında xidmətlərinə görə Fuad Ağakərim oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi