​Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə start verilib

​Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə start verilib Seçkiqabağı təşviqatın aparılması noyabrın 30-da başlanır
Daxili siyasət
22 Oktyabr , 2014 13:09
​Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə start verilib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə start verilib.

"Report" xəbər verir ki, qanunvericiliyə əsasən, namizədliyin qeydə alınması üçün seçki sənədləri və ilkin maliyyə hesabatı dairə seçki komissiyasına səsvermə gününə ən azı 30 gün qalmış - noyabrın 22-dək  təqdim olunmalıdır. 

Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış - noyabrın 30-da başlanır və səsvermənin başlanmasına 24 saat qalmış - dekabrın 22-də dayandırılacaq

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Son xəbərlər

Orphus sistemi