Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı toplantı keçiriləcək

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı toplantı keçiriləcək Konfransda hökumət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyəti təşkilatları, bələdiyyə nümayəndələri iştirak edəcək
Daxili siyasət
30 Oktyabr , 2014 16:02
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı toplantı keçiriləcək
Bakı. 30 oktyabr. REPORT.AZ/ Oktyabrın 31-də Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı toplantı keçiriləcək. “Report”un məlumatına görə, “Yerli özünü idarəetmə orqanlarında qadınların iştirakı: reallıqlar və perspektivlər” adlı konfrans “Lider Qadınlar” İctimai Birliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) texniki dəstəyi ilə Qadın İştirakçılığı Proqramı çərçivəsində baş tutacaq.

Konfransda hökumət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyəti təşkilatları, bələdiyyə nümayəndələri iştirak edəcək.

Konfransda özünüidarəetmədə qadın liderliyi, qadınların bələdiyyələrdə bərəbər təmsilçiliyinin hüquqi aspektlərini, bələdiyyələrin fəaliyyətində qadınların rolunun artırılması yollarını müzakirə edəcək.

Tədbirdə eyni zamanda bələdiyyələr və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığının və qarşıdan gələn bələdiyyə seçkilərində qadınların elektoral aktivliyinin artırılmasının vacibliyini diqqətə çatdıracaq.

Son xəbərlər

Orphus sistemi