Azərbaycan Prezidentinin mətbuat xidməti Milli Arxiv İdarəsinə yeni sənədlər təqdim edib

Azərbaycan Prezidentinin mətbuat xidməti Milli Arxiv İdarəsinə yeni sənədlər təqdim edib Hazırda kinosənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir
Daxili siyasət
30 Oktyabr , 2014 12:45
Azərbaycan Prezidentinin mətbuat xidməti Milli Arxiv İdarəsinə yeni sənədlər təqdim edib
Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədi ilə Dövlət Kino-Foto Sənədləri Arxivinə 9 saxlama vahidi kino (video) sənəd daxil olub. Bu barədə “Report”a Azərbaycan Milli Arxiv İdarəsindən bildirilib.

2013-2014-cü illəri əhatə edən kino sənədlər dövlətin beynəlxalq əlaqələrini, regional layihələrin müzakirəsini və icrasını, enerji və humanitar təhlükəsizliyə həsr olunmuş tədbirləri, Türkiyə, Azərbaycan və Gürcüstan arasında keçirilən zirvə görüşünü, üç ölkənin birgə reallaşdırdığı layihələri, “ASAN Xidmət” mərkəzlərinin açılışını, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin Madrid klubunun dəstəyi ilə Bakıda keçirdiyi Beynəlxalq forumu, həmin forumda dövlət başçısı İlham Əliyevin çıxışını, Arpaçay I və II su elektrik stansiyalarının açılışını, Heydər Əliyev Fondunun 10 illiyinə və Ulu Öndərin 91 illiyinə həsr olunmuş tədbirləri əks etdirir.

Hazırda kinosənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir, hər bir kinosənədin müfəssəl elmi-məlumat bazası hazırlanır.

Son xəbərlər

Orphus sistemi