​“Azərxalça” ASC-nin binasının qeyri-yaşayış hissəsi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansından çıxarılıb

​“Azərxalça” ASC-nin binasının qeyri-yaşayış hissəsi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansından çıxarılıb İdarənin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının siyahısının 1-ci hissəsi ləğv olunub
Daxili siyasət
31 İyul , 2016 00:35
​“Azərxalça” ASC-nin binasının qeyri-yaşayış hissəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansından çıxarılıb

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası baş nazirinin birinci müavini nın Yaqub Eyyubov Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

"Report" xəbər verir ki, bununla bağlı qərarda bildirilir:

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarında dəyişiklik edilməsi barədə

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli 2032 nömrəli Sərəncamının 6.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarına 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı”nın 1-ci hissəsi ləğv edilsin".

Son xəbərlər

Orphus sistemi