Azərbaycanın birinci xanımı kimsəsiz məzunlar üçün Masazırda tikilmiş binanın açılışında iştirak edib

Azərbaycanın birinci xanımı kimsəsiz məzunlar üçün Masazırda tikilmiş binanın açılışında iştirak edib Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və baş nazirin müavini Abid Şərifov binanın rəmzi açılışını bildirən lenti kəsiblər
Daxili siyasət
29 Dekabr , 2014 16:56
Azərbaycanın birinci xanımı kimsəsiz məzunlar üçün Masazırda tikilmiş binanın açılışında iştirak edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Bakının Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün 120 mənzildən ibarət binanın açılış mərasimi olub. “Report” xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və baş nazirin müavini Abid Şərifov binanın rəmzi açılışını bildirən lenti kəsiblər.

Birinci xanım Mehriban Əliyeva burada yaradılan şəraitdən razılığını bildirib, valideyn himayəsindən məhrum olan uşaqlar üçün inşa edilən yeni binanın açılışı münasibətilə təbriklərini çatdırıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında Abşeron rayonunun Masazır qəsəbəsində hər iki valideynini itirmiş kimsəsiz məzunların yerləşdirilməsi ilə əlaqədar yaşayış binasının tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. İlkin mərhələdə 120 mənzilli, 240 nəfərlik 13 mərtəbəli yaşayış binasının və infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb. Sonrakı mərhələlərdə isə əlavə hər biri 120 mənzilli, cəmi 540 nəfərlik 13 mərtəbəli 2 yaşayış binasının tikintisi nəzərdə tutulub.

İstifadəyə verilən binada 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var. Binada bütün lazımi şərait yaradılıb. Mənzillərin hamısı mebel, inventar və avadanlıqla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada fəaliyyət göstərəcək xidmət sahələrində də məzunların özləri çalışacaqlar ki, bu da 35 nəfər kimsəsiz məzunun daimi işlə təmin olunması deməkdir.

Son xəbərlər

Orphus sistemi