XİN: ​Azərbaycanın Avstraliyadakı səfirliyinin sabiq əməkdaşı KİV-ə təxribat xarakterli məktub ünvanlayıb

XİN: ​Azərbaycanın Avstraliyadakı səfirliyinin sabiq əməkdaşı KİV-ə təxribat xarakterli məktub ünvanlayıb "Anar Həsənovun xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusudur"
Daxili siyasət
6 Sentyabr , 2015 21:30
XİN: ​Azərbaycanın Avstraliyadakı səfirliyinin sabiq əməkdaşı KİV-ə təxribat xarakterli məktub ünvanlayıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin sabiq əməkdaşı Anar Həsənov adlı şəxs KİV-ə təxribat, böhtan və təhqir xarakterli məktub ünvanlayıb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

"Bildiririk ki, Anar Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq, fəaliyyəti müddətində diplomatik xidmət haqqında qanun, XİN haqqında əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilərək uzunmüddətli ezamiyyətdən geri çağırılıb. Bir müddət əvvəl Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində çalışdığı müddətdə də A.Həsənovun xidməti qüsurlara yol verdiyi müəyyən edilmiş, o uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılıb və barəsində intizam tədbirləri görülüb", - deyə H.Hacıyev söyləyib.

Onun sözlərinə görə, Anar Həsənovun xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir.

O bildirib ki, Xarici İşlər Nazirliyi sistemi dövlət qulluğunun xüsusi formasıdır və fəaliyyətində qüsurlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi