Azərbaycandakı partiyalardan biri parlament seçkilərilə bağlı strategiyanı müəyyənləşdirir

Azərbaycandakı partiyalardan biri parlament seçkilərilə bağlı strategiyanı müəyyənləşdirir Müzakirələrin sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib
Daxili siyasət
5 Yanvar , 2015 15:57
Azərbaycandakı partiyalardan biri parlament seçkilərilə bağlı strategiyanı müəyyənləşdirir

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün ADP İdarə Heyəti 2015-ci ilin ilk toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, toplantıda partiyanın 2015-ci ildə qarşısında duran əsas vəzifələr müzakirə obyekti olub.

İclasda 2015-ci il parlament seçkilərinə hazırlıqla bağlı partiyanın strategiya və taktikasının müəyyənləşdirilməsi, proporsional seçki sisteminin bərpası uğrunda lazımi addımların atılması qərara alınıb.

Müzakirələrdə partiya quruculuğu sahəsində görüləcək işlər - yerlərdə təşkilati strukturların möhkəmləndirilməsi və partiyaya yeni üzvlərin qəbul olunması istiqamətində planın hazırlanmasının vacibliyi qeyd edilib.

Müzakirələrin sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi