Azərbaycanda vəzifəli şəxslər üçün yeni cərimələr tətbiq olunacaq

Azərbaycanda vəzifəli şəxslər üçün yeni cərimələr tətbiq olunacaq MM İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib
Daxili siyasət
30 Dekabr , 2014 13:37
Azərbaycanda vəzifəli şəxslər üçün yeni cərimələr tətbiq olunacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. "Report"un xəbərinə görə ki, dəyişikliklər barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsini sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliyə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.

Bundan başqa, "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 50 manat miqdarında cərimə olunacaq.

Qeyd edək ki, dəyişikliklər səsə qoyulaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi