Azərbaycanda təkrar parlament seçkilərində saat 12:00-a olan seçici fəallığı ilə bağlı məlumatlar açıqlanıb

Azərbaycanda təkrar parlament seçkilərində saat 12:00-a olan seçici fəallığı ilə bağlı məlumatlar açıqlanıb MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb
Daxili siyasət
18 İyun , 2016 12:18
Azərbaycanda təkrar parlament seçkilərində saat 12:00-a olan seçici fəallığı ilə bağlı məlumatlar açıqlanıb

Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə saat 12:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

“Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan indiyədək həmin dairə üzrə 40 203 seçicidən 10369 nəfər (25,8%) səsvermədə iştirak edib.

F.Orucov bildirib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi