Azərbaycanda şəhid ailələrinə verilən təqaüd artırılıb

Azərbaycanda şəhid ailələrinə verilən təqaüd artırılıb Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Daxili siyasət
16 Yanvar , 2016 14:29
Azərbaycanda şəhid ailələrinə verilən təqaüd artırılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinə verilən təqaüdün artırılması barədə fərman imzalayıb. 

"Report" xəbər verir ki, fərmanla "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanında dəyişiklik edilib. 

Dövlət başçısı fərmanı şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalayıb. 

Fərmana əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 (iki yüz iyirmi) manat müəyyən edilib. 

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir. 

İndiyədək şəhid ailələri ayda 200 manat təqaüd alırdılar. 

Son xəbərlər

Orphus sistemi