Azərbaycan Konstitusiyasına dəyişikliklə bağlı referendum sentyabrın 26-na təyin edilib

Azərbaycan Konstitusiyasına dəyişikliklə bağlı referendum sentyabrın 26-na təyin edilib Prezident İlham Əliyev sərəncam imzalayıb
Daxili siyasət
26 İyul , 2016 16:16
Azərbaycan Konstitusiyasına dəyişikliklə bağlı referendum sentyabrın 26-na təyin edilib

Bakı. 26 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq və kütləvi informasiya vasitələrində dərc ediləcək.

Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.

Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) bu sərəncamda göstərilən tarixdə keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi