Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:
Daxili siyasət
7 Dekabr , 2023 12:02
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM
İlham Əliyev

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Son xəbərlər

Orphus sistemi