Azərbaycanda ötən il 100-ə yaxın yeni bələdiyyə yaradılıb

Azərbaycanda ötən il 100-ə yaxın yeni bələdiyyə yaradılıb "Xüsusən bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən işlər qeyd edilməlidir"
Daxili siyasət
5 Fevral , 2015 13:41
Azərbaycanda ötən il 100-ə yaxın yeni bələdiyyə yaradılıb

Bakı. 5 fevral. REPORT.AZ/ 2014-cü ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübədən və Azərbaycanda mövcud olan təcrübədən bəhrələnərək bələdiyyələrin birləşməsi ilə 21 rayon üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 yeni bələdiyyə yaradılıb. "Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bu gün Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edərkən deyib.

Məruzədə 2014-cü il üzrə bələdiyyələrin inkişafı ilə bağlı görülən işlər öz əksini tapıb. Məruzədə qeyd olunub ki, 2014-cü il bələdiyyələrin həyatında bir sıra mühüm tədbirlərin həyata keçirilməsi ili kimi yadda qalıb. Xüsusən bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən işlər qeyd edilməlidir.

Daha sonra “Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında” qanun layihəsi və “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa edilən dəyişikliklər müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Son xəbərlər

Orphus sistemi