Prezident İlham Əliyev ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb Penitensiar Xidmətin rəisi Mədət Quliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Daxili siyasət
20 Noyabr , 2014 19:42
Prezident İlham Əliyev ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. “Report”un məlumatına görə, sərəncama əsasən, Ədliyyə Nazirliyinin iki əməkdaşına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Həmin şəxslər nazirliyin Qanunvericilik baş idarəsinin rəisi Əliyev Adil Şirməmməd oğlu və nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəisi Qasımov Elçin Lütvəli oğludur.

Dövlət başçısı həmçinin Ədliyyə Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncam əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə Ədliyyə Nazirliyinin iki əməkdaşına Azərbaycan Respublikasının fəxri adları verilib.

“Əməkdar hüquqşünas”

Musayev Toğrul Sirac oğlu

“Əməkdar həkim”

Hüseynov Füzuli Fazil oğlu

Eyni zamanda Prezident İlham Əliyev həmçinin ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində fəal iştirak etdiklərinə görə bir qrup şəxs təltif ediliblər. 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Quliyev Mədət Qəzənfər oğlu

“Tərəqqi” medalı ilə:

Məmmədova Zemfira Bəylər qızı

Tahirli Rasim Bəkir oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Əhmədova Ülviyyə Mahmud qızı

Əliyev Niyaməddin Cabbar oğlu

Hacıyev Rəşad Yavər oğlu

Həsənov Fərhad Fərrux oğlu

Hüseynov Nizami Əli oğlu

Xəlilov Qədir Rövşən oğlu

Salmanova Səbinə Qədir qızı

Son xəbərlər

Orphus sistemi