Azərbaycanda namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə cərimə artırılır

Azərbaycanda namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə cərimə artırılır Yeni İXM qəbul olunarsa, bu tələblər 2016-cı il mayın 1-dən qüvvəyə minəcək
Daxili siyasət
10 Dekabr , 2015 17:16
Azərbaycanda namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə cərimə artırılır

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanda qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə nəzərdə tutulan cərimənin məbləği 20 dəfədən çox artırılır.

“Report” xəbər verir ki, cərimənin artırılması yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub.

Belə ki, dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə 1 500 manatdan 2 000 manatadək miqdarda cərimə ediləcək.

Hazırda bu cərimənin məbləği 80 manatdan 90 manatadək nəzərdə tutulub.

Yeni İXM qəbul olunarsa, bu tələblər 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi