Bu il Azərbaycanda Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək

Bu il Azərbaycanda Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək "MSK-nın iclası keçiriləcək və müvafiq qərar veriləcək"
Daxili siyasət
2 İyun , 2015 16:09
Bu il Azərbaycanda Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək

Bakı. 2 iyun. REPORT.AZ/ Bu il Azərbaycanda Milli Məclisə (MM) seçkilər keçiriləcək.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin 2-ci bəndinə əsasən, Milli Məclisin hər çağırışının seçkiləri noyabr ayının birinci bazar günü keçirilir.

2015-ci ilin noyabrın ilk bazar günü ayın 1-nə təsadüf edir. Buna görə də MM-ə seçkilərin noyabrın 1-də keçirilməsi gözlənilir.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən "Report"a bildirilib ki, rəsmi olaraq Milli Məclisə seçki təyin edildikdən sonra MSK-nın iclası keçiriləcək və müvafiq qərar veriləcək.

Son xəbərlər

Orphus sistemi