Azərbaycanda liftləri zibilləyənlərə qarşı cəzalar sərtləşdirilir

Azərbaycanda liftləri zibilləyənlərə qarşı cəzalar sərtləşdirilir Cəzanın sərtləşdirilməsi yeni İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub
Daxili siyasət
10 Dekabr , 2015 13:06
Azərbaycanda liftləri zibilləyənlərə qarşı cəzalar sərtləşdirilir

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanda yaşayış sahələrindən istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir. “Report”un xəbərinə görə, cəzanın sərtləşdiriliməsi yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub.

Belə ki, hazırkı İXM-ə əsasən, yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç manatdan beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan altmış manatadək miqdarda cərimə edilir.

Yeni İXM-lə yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək miqdarda cərimə ediləcək.

Son xəbərlər

Orphus sistemi