Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilir

Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilir “Mövcud dəyişikliklər əsasən I Avropa Oyunları ilə bağlıdır”
Daxili siyasət
14 Aprel , 2015 11:27
Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilir

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilir. “Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub.

Layihə barədə məlumat verən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, mövcud dəyişikliklər əsasən I Avropa Oyunları ilə bağlıdır. Təklif olunan dəyişikliklərə əsasən, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 2000 manat miqdarında, hüquqi şəxslər 5000 manat miqdarında cərimə ediləcəklər.

Bundan başqa, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə isə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək miqdarda, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək miqdarda cərimə edilir.

Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmaya görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 2000 manat miqdarında, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimə olunacaqlar.

Son xəbərlər

Orphus sistemi