Azərbaycanda istirahət günü ilə iş gününün yeri dəyişdirilib

Azərbaycanda istirahət günü ilə iş gününün yeri dəyişdirilib Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib
Daxili siyasət
19 Fevral , 2015 19:06
Azərbaycanda istirahət günü ilə iş gününün yeri dəyişdirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib. “Report” xəbər verir ki, qərar Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən qəbul edilib.

Son xəbərlər

Orphus sistemi