​Azərbaycanda idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə cəzalar müəyyənləşdirilib - SİYAHI

​Azərbaycanda idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə cəzalar müəyyənləşdirilib - SİYAHI Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb
Daxili siyasət
6 May , 2015 15:26
​Azərbaycanda idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə cəzalar müəyyənləşdirilib - SİYAHI

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində (İXM) dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə iki yeni maddə əlavə olunub.

Əlavələrə əsasən, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə ediləcək.

Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni bədən tərbiyəsi-idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və idman haqqında” qanuna görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına, bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” qanunla qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə olunacaq.

Son xəbərlər

Orphus sistemi