Azərbaycanda hakimliyə yaş məhdudiyyəti aradan qaldırılır

Azərbaycanda hakimliyə yaş məhdudiyyəti aradan qaldırılır Konstitusiyanın 126-cı maddəsinin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözlərinin “Seçkilərdə” sözü ilə əvəz edilməsi təklif olunur
Daxili siyasət
18 İyul , 2016 20:49
Azərbaycanda hakimliyə yaş məhdudiyyəti aradan qaldırılır

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycanda hakimliyə yaş məhdudiyyəti aradan qaldırılır.

"Report"un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 126-cı maddəsinin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözlərinin “Seçkilərdə” sözü ilə əvəz edilməsi təklif olunur.

Beləliklə, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

Son xəbərlər

Orphus sistemi