​Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb - YENİLƏNİB

​Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb - YENİLƏNİB İlk olaraq müsavatçı gənc azadlığa buraxılıb
Daxili siyasət
17 Mart , 2016 23:13
​Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb - YENİLƏNİB

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.

"Report"un xəbərinə görə, ilk olaraq müsavatçı gənc Sirac Kərimli azadlığa buraxılıb. Hazırda S.Kərimli evindədir.

Bundan başqa, NİDA Vətəndaş Hərəkatının üzvləri Rəşadət Axundov və Ömər Məmmədov, hüquq müdafiəçisi Rəsul Cəfərov, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, sözügedən partiya başqanının müşaviri Yadigar Sadıqovda azadlığa çıxıb.

Prezident İlham Əliyevin imzaladığı sərəncam 148 nəfərə şamil ediləcək.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

Əfv sərəncamında bəzi tanınmış şəxslərin də adları var. Bunlar Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, "Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, "Talışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovdur.

Bundan başqa, əfv siyahısında 13 əcnəbinin də adı var.

Son xəbərlər

Orphus sistemi