​Azərbaycanda dövlət agentliyinin ləğv edilməsi üzrə komissiya yaradılıb

​Azərbaycanda dövlət agentliyinin ləğv edilməsi üzrə komissiya yaradılıb Debitor və kreditorlar agentliyin bütün öhdəlikləri üzrə iki ay müddətinə ləğvetmə komissiyasına müraciət edə bilərlər
Daxili siyasət
13 Fevral , 2016 09:12
​Azərbaycanda dövlət agentliyinin ləğv edilməsi üzrə komissiya yaradılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi ilə əlaqədar komissiya yaradılıb.

"Report"un xəbərinə görə, bununla əlaqədar ləğv edilən Satınalmalar üzrə Dövlət Agentliyinin debitor və kreditorları agentliyin bütün öhdəlikləri üzrə iki ay müddətinə ləğvetmə komissiyasına (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi-80, giriş 4, ikinci mərtəbə) müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli fərmanı ilə Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib.

Son xəbərlər

Orphus sistemi