​Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasına 3 mln. manat ayrılıb

​Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasına 3 mln. manat ayrılıb İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb
Daxili siyasət
17 İyul , 2015 19:28
​Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasına 3 mln. manat ayrılıb

Bakı. 17 İyul. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, ölkədə dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırığı verilib.

Son xəbərlər

Orphus sistemi