Azərbaycanda dini mətbuat orqanları yaratmaq qaydaları sərtləşdirilib

Azərbaycanda dini mətbuat orqanları yaratmaq qaydaları sərtləşdirilib Dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyini almaq lazım olacaq
Daxili siyasət
6 Oktyabr , 2015 12:41
Azərbaycanda dini mətbuat orqanları yaratmaq qaydaları sərtləşdirilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyini almaq lazım olacaq. “Report” xəbər verir ki, Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə edilib. 

Qanunun 14-cü - kütləvi informasiya vasitəsinin təsis edilməsi maddəsinə edilən əlavəyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı dini mətbu nəşrin yaradılmasına dair rəyini bildirməlidir. 

Qanuna edilən mövcud dəyişiklik səsə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi