Azərbaycanda bir universitetlə kollec əməkdaşlarına medal və fəxri adlar verilib

Azərbaycanda bir universitetlə kollec əməkdaşlarına medal və fəxri adlar verilib Dövlət başçısı bununla bağlı sərəncamlar imzalayıb
Daxili siyasət
18 Noyabr , 2014 19:23
Azərbaycanda bir universitetlə kollec əməkdaşlarına medal və fəxri adlar verilib
Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncama əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ataşov Bəyalı Xanalı oğlu

Əliyev Vilayət Abbas oğlu

Hacıyev Əhəd Yusif oğlu

Həsənova Əminə İbrahimxəlil qızı

Quliyeva Fatimə Ağayar qızı

Qurbanova Gülnarə İbrahim qızı

Şükürov Tahir Şükür oğlu.

Dövlət başçısı həmçinin “Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarına fəxri adların verilməsi haqqında” da sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası fəxri adları verilib:

“Əməkdar Müəllim”

Əliyeva İlahə Əliyulla qızı

Mehrəliyev İmaməddin İbrahim oğlu

Məmmədova Əfşan Əsəd qızı

“Əməkdar Mədəniyyət İşçisi”

Abdullayeva Tamilla Əli qızı

Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

Abdullayeva Gülnarə Hicran qızı

Son xəbərlər

Orphus sistemi