Azərbaycanda nəqliyyat vasitələrinin idarə edilməsi üçün yaş və təcrübə müddəti müəyyən olunub

Azərbaycanda nəqliyyat vasitələrinin idarə edilməsi üçün yaş və təcrübə müddəti müəyyən olunub Milli Məclis “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edib
Daxili siyasət
30 Sentyabr , 2016 16:28
Azərbaycanda nəqliyyat vasitələrinin idarə edilməsi üçün yaş və təcrübə müddəti müəyyən olunub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Report"un məlumatına görə, layihə haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, "BE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan yuxarı şəxslərə veriləcək. Amma həmin şəxslərin "B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübəsi 1 ildən az olmamalıdır.

Bundan başqa, tramvayları, trolleybusları idarəetmə hüququ yaşı 21-dən çox olan şəxslərə veriləcək.

"CE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 21 yaşdan yuxarı olan şəxslərə veriləcək. Amma onların "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmamalıdır.

“D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ yaşı 23-dən çox olan insanlara veriləcək. Amma həmin şəxslərin yaşı 65-dən artıq və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübələri 5 ildən az olmamalıdır. 

“DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 26 yaşdan (65 yaşadək və “D” kateqorioyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək.

Dəyişikliklər layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi