Azərbaycanda ​bələdiyyə seçkilərinə namizədlərlə bağlı statistika açıqlanıb

Azərbaycanda ​bələdiyyə seçkilərinə namizədlərlə bağlı statistika açıqlanıb Namizədliyini irəli sürənlərin 13 488 nəfəri siyasi partiyaların üzvləridir
Daxili siyasət
11 Noyabr , 2014 11:26
Azərbaycanda ​bələdiyyə seçkilərinə namizədlərlə bağlı statistika açıqlanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 1546 bələdiyyə üzrə 21 764 nəfər müraciət edib.

Bu barədə "Report"a Mərkəzi Seçki Komissiyasının (MSK) Media və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Müraciət edənlərin 13 488 nəfəri müxtəlif siyasi partiyaların üzvləridir.

Müraciətçilərdən 17 463 nəfəri imza vərəqi alıb, 5 837 nəfər imza vərəqələrini qaytarıb. İndiyədək 1 724 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərdə namizədliyini irəli sürənlərdən 15 369 nəfəri kişi, 6 395 nəfəri isə qadındır.

Qeyd edək ki, Azərbaycanda 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyə üzrə 15 035 üzv seçiləcək. Namizədlərin irəli sürülməsi noyabrın 22-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi