​Azərbaycanda bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb

​Azərbaycanda bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb Ölkə üzrə 4 819 382 seçicidən 38,93 faizi səsvermədə iştirak edib
Daxili siyasət
23 Dekabr , 2014 20:15
​Azərbaycanda bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərində yekun seçici fəallığı ilə bağlı nəticələri açıqlayıb.

“Report”un məlumatına görə, MSK Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, səsverməyə start verilən andan (08:00) indiyədək (19:00) ölkə üzrə 4 819 382 seçicidən 38,93 faizi (1 876 014 nəfər) səsvermədə iştirak edib. 

R.Gülməmmədov bildirib ki, "Seçkilər" İnformasiya Mərkəzinə 138 müraciət daxil olub. Müraciətlər sosial şəbəkələr, 115 saylı “Qaynar xətt”ə zənglə və başqa vasitələrlə edilib. Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün olub. İndiyədək qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi