Azərbaycanda bələdiyyə seçkilərində qalib gəlmiş şəxslərin siyahısı dərc edilib

Azərbaycanda bələdiyyə seçkilərində qalib gəlmiş şəxslərin siyahısı dərc edilib Bələdiyyə seçkilərində formalaşmış 1 599 bələdiyyəyə 14 963 üzv seçilib
Daxili siyasət
15 Yanvar , 2015 09:26
Azərbaycanda bələdiyyə seçkilərində qalib gəlmiş şəxslərin siyahısı dərc edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin siyahısı “Azərbaycan” qəzetində dərc olunub.

"Report"un məlumatına görə, bələdiyyə seçkilərində formalaşmış 1 599 bələdiyyəyə 14 963 üzv seçilib. MSK 8 bələdiyyədə seçkinin nəticələrini etibarsız sayıb, 43 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib.

Bunlar 50 saylı Abşeron-Qobustan Seçki Dairəsində Ərəbşalbaş, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində Uzunboyat və Sədan, 70 saylı Masallı şəhər Seçki Dairəsində Musakücə, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Sağlaser, 94 saylı Bərdə Kənd Seçki Dairəsində Alpout, 95 saylı Tərtər Seçki Dairəsində Soyulan, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində Nizami bələdiyyələridir

Son xəbərlər

Orphus sistemi