Azərbaycanda bələdiyyə qulluqçularına nəzarət olunacaq

Azərbaycanda bələdiyyə qulluqçularına nəzarət olunacaq Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub
Daxili siyasət
5 Fevral , 2015 13:10
Azərbaycanda bələdiyyə qulluqçularına nəzarət olunacaq

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanda bələdiyyə qulluqçularının xidməti davranışlarına nəzarət olunacaq. "Report" xəbər verir ki, bu barədə müddəa bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyə qulluqçularının etik davranış qaydaları ilə bağlı hazırlanan yeni qanun layihəsində öz əksini tapıb.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, 2007-ci ildə dövlət qulluqçularının etik davranışı ilə bağlı qanun qəbul edilib və belə bir sənədin bələdiyyə qulluqçuları ilə bağlı qəbul olunması da zəruridir.

Qanunda həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarına nəzarət qaydaları və etik kodeksləri, intizam məsuliiyyətləri də əks olunub. Sənəd özündə ehtiva edilənləri pozulmasına görə məsuliyyəti də nəzərdə tutur. Üç fəsil və 20 maddədən ibarət olan yeni qanun layihəsi komitədə müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi