Azərbaycan-Xorvatiya Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqlənib

Azərbaycan-Xorvatiya Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqlənib Prezident İlham Əliyev sərəncam imzalayıb
Daxili siyasət
15 Aprel , 2015 19:12
Azərbaycan-Xorvatiya Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqlənib

Bakı. 15 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan və Xorvatiya hökumətləri arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan-Xorvatiya Hökumətlərarası Birgə Komissiyanın Azərbaycan üzrə tərkibi aşağıdakı şəkildə təsdiqlənib:

Komissiyanın həmsədri

Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri.

Komissiyanın üzvləri:

İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini

Kamil Xasiyev - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Xarici İşlər Nazirliyinə isə Azərbaycan-Xorvatiya Hökumətlərarası Birgə Komissiyanın tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.    

Son xəbərlər

Orphus sistemi